Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb
Din
19 Sentyabr , 2016 20:40
Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mübariz Qurbanlı Azərbaycanın xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O bildirib ki, bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Komitə sədri Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin haqlı mövqeyini daima dəstəklədiyini vurğulayıb.

İsmail Alper Coşkun Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlət başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən səfir Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib.

Görüşdə Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-islam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi