Dövlət Komitəsinin nümayəndəsi Xocalı soyqırımının dünyaya tanıdılmasında yəhudilərdən kömək istəyib

Dövlət Komitəsinin nümayəndəsi Xocalı soyqırımının dünyaya tanıdılmasında yəhudilərdən kömək istəyib Azərbaycandan olan nümayəndələr “Holokosta yəhudiləri xilas etmiş müsəlmanlar” mövzusunda keçirilən tədbirdə iştirak ediblər
Din
6 İyul , 2015 19:05
Dövlət Komitəsinin nümayəndəsi Xocalı soyqırımının dünyaya tanıdılmasında yəhudilərdən kömək istəyib

Bakı. 6 iyul. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada ATƏT-in İnsan ölçüsü üzrə iki günlük görüşü keçirilib.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov və DQİDK-nin xarici əlaqələr şöbəsinin müdir müavini Aqşin Axundov təmsil ediblər.

Tədbir bu ilin sentyabrın 21-dən oktyabrın 2-dək Varşavada keçiriləcək ATƏT-in İnsan ölçüsü üzrə növbəti illik görüşünə hazırlıq məqsədi daşıyıb. 

Azərbaycandan olan nümayəndələr “Holokosta yəhudiləri xilas etmiş müsəlmanlar” mövzusunda düzənlənən tədbirdə iştirak ediblər. Sözügedən tədbir İngiltərənin Mançester şəhərində fəaliyyət göstərən “Etiqad məsələsi” adlı yəhudi təşkilatı tərəfindən təşkil edilib. Dövlət Komitəsinin nümayəndəsi Aqşin Axundov yəhudilərin Azərbaycanda məskunlaşması tarixi, ölkədə mövcud olan birgə yaşayış ənənəsi barədə məlumat verib. O, yəhudilərin yaşadıqları Holokost hadisəsi kimi azərbaycanlıların da Xocalı soyqırıma məruz qaldığını vurğulayıb. A.Axundov bildirib ki, ahıl, uşaq və qadınlar da daxil olmaqla 613 nəfər Xocalı sakini 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi birləşmələri tərəfindən öldürülüb. Dövlət Komitəsinin nümayəndəsi bu faciənin dünyaya tanıdılması, ümumiyyətlə Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliği baxımından dünyada böyük nüfuza malik olan yəhudi təşkilatlarının yardımına böyük ehtiyac yarandığını bildirib.

Təşkilatın rəhbəri Fiyaz Mughal 2013-cü ildə Azərbaycana səfər etdiyini, ölkədəki tolerantlıq mühitinin əyani şahidi olduğunu vurğulayıb. Təşkilat rəhbərliyi Xocalı soyqırımı barədə səthi məlumatları olduqlarını, lakin gələcəkdə bu faciənin beynəlxalq səviyyədə təbliği istiqamətində birgə tədbirlərin təşkilinə hazır olduqlarını qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi