Dövlət Komitəsi: "İrşad Hüseynov adlı əməkdaşımız yoxdur"

Dövlət Komitəsi: "İrşad Hüseynov adlı əməkdaşımız yoxdur" "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatında, həmçinin bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır"
Din
5 Noyabr , 2015 11:34
Dövlət Komitəsi: İrşad Hüseynov adlı əməkdaşımız yoxdur

Bakı. 5 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi özünü dövlət komitəsinin əməkdaşı kimi təqdim edən İrşad Hüseynovla bağlı açıqlama yayıb. 

Komitədən "Report"a verilən xəbərə görə, İ.Hüseynov bəzi KİV-lərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul katib vəzifəsində çalışan şəxs kimi təqdim olunub  və bununla bağlı bəzi məlumatlar dərc edilib. 

Komitədən bildirilib ki, qurumda sözügedən vəzifə ştatı ümumiyyətlə mövcud deyil: "Dövlət Komitəsinin Aparatında, həmçinin bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır". 

Son xəbərlər

Orphus sistemi