Dövlət Komitəsi daha 18 dini icmaya maliyyə yardımı ayırıb

Dövlət Komitəsi daha 18 dini icmaya maliyyə yardımı ayırıb Mübariz Qurbanlı: "İcmaların layihələrinin reallaşması radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək"
Din
13 İyul , 2015 16:35
Dövlət Komitəsi daha 18 dini icmaya maliyyə yardımı ayırıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan daha 18 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. "Report" xəbər verir ki, toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. 

Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə də milli-mənəvi dəyərlərin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

M.Qurbanlı dövlətin siyasətində gənclərə diqqət və qayğının xüsusi yer aldığını xatırladaraq, icma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas subyektinin gənclər olmasının vacibliyini tövsiyə edib. 

O, icmaların layihələrinin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi