Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşlarla görüşüb Sədr 20-dən çox vətəndaşı qəbul edib
Din
31 Avqust , 2016 14:11
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşlarla görüşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax şəhərində Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

İyirmidən çox vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi