Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO Komitənin yaradılmasının 15-ci ili tamam olur
Din
21 İyun , 2016 11:33
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bakı. 21 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 15-ci ili tamam olur.

“Report”un xəbərinə görə, komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra Dövlət Komitəsinin rəhbərliyi və nümayəndələri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüblər.

Son xəbərlər

Orphus sistemi