​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yenidən din xadimlərinə xəbərdarlıq edib

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yenidən din xadimlərinə xəbərdarlıq edib Dövlət Komitəsinin nümayəndələri Sumqayıt və Abşeronda fəaliyyət göstərən dini icmaların sədrləri ilə görüş keçirib
Din
19 İyun , 2015 12:19
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yenidən din xadimlərinə xəbərdarlıq edib

Bakı. 19 iyun. REPORT.AZ/ Ramazan ayının başlanması ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş keçirilib. Bu barədə “Report”a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub. Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov çıxış edərək Ramazan ayının başlanması ilə əlaqədar dindarları təbrik edib. Şöbə müdiri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinin vacibliyini din xadimlərinin diqqətinə çatdırıb.

Dini sahədə düzgün maarifləndirmənin vacibliyini qeyd edən A.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dini icmalara maliyyə vəsaitlərinin ayrılmasının Dövlət Komitəsi tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Çıxış edən din xadimləri və icma sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. İcmaların fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda icma sədrləri və din xadimlərinə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunmuş kitablar və çap vəsaitləri, həmçinin QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan təqvimləri təqdim olunub.

Sumqayıt şəhərində isə Ramazan ayının başlanması ilə əlaqədar olaraq dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və QMİ-nin Sumqayıt şəhəri üzrə qazisinin birgə təşkilatçılığı ilə keçirilib.

Çıxış edən QMİ-nin Sumqayıt şəhəri üzrə qazisi Rauf Sərdarov Ramazan ayının gəlişi münasibətilə dindarları təbrik edib.

Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğunu qeyd edib və dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev dini icmalara maliyyə vəsaitlərinin ayrılması üçün layihənin təqdim olunma qaydaları barəsində icma sədrlərinə məlumat verib.

Sonda dini icma sədrlərini və din xadimlərini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi