​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib Qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb
Din
19 Noyabr , 2015 16:55
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Bakı. 19 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq edib.

"Report"un xəbərinə görə, qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına təsərrüfat hesablı təşkilat - "Cəmiyyət və din" qəzeti daxil edilib. 

Son xəbərlər

Orphus sistemi