Bu il Bakı İslam Universitetinə qəbul olanların 40 faizi qızlardır

Bu il Bakı İslam Universitetinə qəbul olanların 40 faizi qızlardır Plan yerlərinin 77 faizi dolub
Din
30 Avqust , 2016 13:15
Bu il Bakı İslam Universitetinə qəbul olanların 40 faizi qızlardır

Bakı. 30 avqust. REPORT.AZ/ Bu il Bakı İslam Universitetinə (BİU) ayrılan plan yerlərinin 77 faizi dolub.

Universitetin kafedra müdiri Elvin Talışınskinin "Report"a verdiyi məlumata görə, bu il ali məktəb üçün ayrılan 120 nəfərlik plan yerinə 95 nəfər qəbul olunub.

Qəbul olanların 60 faizi oğlan, 40 faizi qızlardır.

E.Talışınskinin sözlərinə görə, bu il universiteti 78 məzun bitirib ki, onların da arasında oğlanlar üstünlük təşkil edir.

Kafedra müdiri bu il universitetdə ödəniş məbləğinin artmadığını da vurğulayıb. Universitetdə əyani təhsil almaq istəyənlər 2000, qiyabi təhsil alanlar isə 1500 manat təhsil haqqı ödəyəcəklər.

Qeyd edək ki, BİU-da cəmi bir - Dinşünaslıq fakültəsi fəaliyyət göstərir. Universitetdə magistr təhsili mövcud deyil.

Son xəbərlər

Orphus sistemi