Bu gündən Rusiyada fasiləsiz olaraq il boyu Quran oxunacaq

Bu gündən Rusiyada fasiləsiz olaraq il boyu Quran oxunacaq Qol-Şərif məscidində bundan sonra Quran ayələri il boyu hər gün səslənəcək
Din
2 Yanvar , 2015 22:01
Bu gündən Rusiyada fasiləsiz olaraq il boyu Quran oxunacaq

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda yanvarın 2-dən etibarən fasiləsiz olaraq Quran oxunmağa başlanılıb.

"Report" xəbər verir ki, bu barədə İnterfaks agentliyinə Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin mətbuat katibi Əhməd Xalikov məlumat verib.

O qeyd edib ki, respublikanın əsas ibadətgahı olan Qol-Şərif məscidində bundan sonra Quran ayələri il boyu hər gün səslənəcək. Onun sözlərinə görə, belə bir təşəbbüs Rusiyada ilk dəfədir həyata keçirilir. Ə.Xalikov əlavə edib ki, bununla Kazan İstanbul şəhərindən sonra sutka boyu fasiləsiz olaraq Quran oxunan dünyanın ikinci şəhəri oldu.

Son xəbərlər

Orphus sistemi