Belarusun paytaxtında Cümə məscidi açılacaq

Belarusun paytaxtında Cümə məscidi açılacaq Hazırda maliyyələşdirmə ilə Türkiyə tərəfi məşğul olur
Din
27 Mart , 2016 06:03
Belarusun paytaxtında Cümə məscidi açılacaq

Bakı. 27 mart. REPORT.AZ/ Minskdə Cümə məscidinin 2016-cı ilin iyul ayında açılması planlaşdırılır.

BELTA xəbər verir ki, Belarusun Müsəlman Dini Birliyinin sədri, müfti Əbu-Bəkir Şabanoviç bu barədə danışarkən deyib: “Məscidin açılış tarixi artıq müəyyən edilib. Məscid 2016-cı ilin iyulunda fəaliyyətə başlayacaq, açılış mərasiminə çoxlu qonaq dəvət olunacaq”.

Həmin vaxtadək isə daxildəki bəzək işləri başa çatdırəlacaq, mebel gətiriləcək, muzey, kitabxana, inzibati otaqlar qaydaya salınacaq. İbadət zalında rəssamlar işləyirlər. Tezliklə divarda Müqəddəs Qurandan ayələr əksini tapacaq.

Əbu-Bəkir Şabanoviç bildirib ki, məscidin tavanı xaricdə sifariş edilmiş xüsusi avizələrlə işıqlandırılacaq. Cümə ibadəti zamanı, layihəyə əsasən, zalda 730-dan çox adam, faktiki olaraq isə 1,5 min nəfər yerləşə bilər.

Minskdə Cümə Məscidinin tikintisi on ildən çoxdur davam edir Hazırda maliyyələşdirmə ilə Türkiyə tərəfi məşğul olur.

Son xəbərlər

Orphus sistemi