Bakı. 31 yanvar. REPORT.AZ/ Amerika prezidenti Barak Obama öz postunda ilk dəfə olaraq Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.
"Report" xəbər verir ki, bu barədə "Baltimore Sun" nəşri yazıb.
Qeyd olunur ki, onun məscidə ilk gedişi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlı baş tutacaq.
Obama Baltimorun İslam icması qarşısında çıxış edəcək və onlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.