Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində keçiriləcək
Din
22 İyul , 2016 12:42
Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Balakən rayon Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi