Bakıda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib

Bakıda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib Mübariz Qurbanlı: "Azərbaycanda dini radikal qrupların kökləri yoxdur, onlar bura süni sürətdə gətirilir"
Din
12 İyul , 2016 14:26
Bakıda Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik mövzusunda konfrans keçirilib

Bakı. 12 iyul. REPORT.AZ/ Paytaxtın Nizami rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir DQİDK-nin sifarişi əsasında hazırlanmış dini radikalizm və ekstermizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayişi ilə başlayıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəncləri radikal dini qruplara cəlb etməyə çalışan xarici təbliğat maşınlarının işlədiyini, dini radikalizmə qarşı mübarizəni birinci növbədə ailədən başlamağın vacibliyini qeyd edib.

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dövləti, xalqı İslam dünyasının bir parçasıdır: "Amma biz dünyəvi dövlətdə yaşayırıq. Azərbaycanda din dövlətdən ayrıdır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda heç bir din digərindən üstün mövqedə deyil".

Dini radiklizmə qarşı mübarizədən danışan Komitə sədri bu amilə qarşı mübarizənin bütün sahələrdə aparılmasının vacib olduğunu deyib: "Gənc nəslə İslam dəyərləri olduğu kimi çatdırılmalıdır. Dini radikal qrupların Azərbaycanda kök atması üçün münbit şərait yoxdur. İslam ölkəsi olsaq da, bizdə dini radikal qrupların kökləri yoxdur. Onlar bura süni sürətdə gətirilir. Bizim ailə dəyərlərimiz, əxlaqi dəyərlərimiz bu cür qrupların kök atmasına imkan verməsə də, təəssüf ki, maddi maraq və başqa səbəblərdən gənclərin bu cür qruplara cəlb edilməsi müşahidə edilir. Deməli, ideoloji sahədə ailə və məktəbdən başlayaraq iş aparmalıyıq. Heç bir ailə deməsin ki, mənim övladım dini radikalizmin təbliğatının təsirinə düşə bilməz".

M.Qurbanlı vuğulayıb ki, hüquq-mühafizə orqanları tərəfindən dini radikalizmin arxasınca gedən şəxslər araşdırılır və onlar geri döndükdə zərərsizləşdirilir və həbs edilir: "Həmin qruplarda vuruşanların sonradan buradakı fəaliyyətinin necə olacağını proqnozlaşdırmaq asan deyil".

Daha sonra deputatlar Sədaqət Vəliyeva və Rasim Musabəyov da mövzu ilə bağlı fikirlərini bölüşüblər.  

Son xəbərlər

Orphus sistemi