Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların adları açıqlanıb - SİYAHI

Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların adları açıqlanıb - SİYAHI Bu il Aşura noyabrın 4-ü tarixinə təsadüf edir
Din
30 Oktyabr , 2014 13:56
Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların adları açıqlanıb - SİYAHI
Bakı. 30 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ mətbuat xidmətindən “Report”a bildirilib ki, qanvermə aksiyası ümumilikdə 14 məscid və ziyarətgahda keçiriləcək. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.

Qeyd edək ki, bu il Aşura noyabrın 4-ü tarixinə təsadüf edir.

Son xəbərlər

Orphus sistemi