​Azərbaycan hökuməti dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların açıqlanmasını məcburiləşdirib

​Azərbaycan hökuməti dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların açıqlanmasını məcburiləşdirib Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib
Din
18 Sentyabr , 2014 10:10
​Azərbaycan hökuməti dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların açıqlanmasını məcburiləşdirib
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nəşri olan “Cəmiyyət və din” qəzetində çap edilməsi məcburiləşdirilib.

Xatırladaq ki, indiyədək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatların dərci barədə Ədliyyə Nazirliyi tərəfindən buraxılan “Ədliyyə” qəzetində, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında məlumatların dərci isə Vergilər Nazirliyi tərəfindən buraxılan “Vergilər” qəzetində (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dərc olunub.

Son xəbərlər

Orphus sistemi