Azərbaycanlı hacıların ilk qrupu Bakıya dönüb

Azərbaycanlı hacıların ilk qrupu Bakıya dönüb Daha bir qrupun axşam saat 19:05-də gələcəyi gözlənilir
Din
19 Sentyabr , 2016 16:34
Azərbaycanlı hacıların ilk qrupu Bakıya dönüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarlar artıq Vətənə dönməyə başlayıblar.

"Report" xəbər verir ki, zəvvarların ilk qafiləsini gətirən təyyarə saat 16:30-da Bakıya enib. Daha bir təyyarə reysinin axşam saat 19:05-də Bakıya gəlməsi gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayevin “Report”a verdiyi məlumata görə, ilk gələnlər Bakıdan ziyarətə öncə gedənlərdir: "Mədinədə olan zəvvarlarımızın vəziyyəti yaxşıdır. Onlar şəhərdə olan müqəddəs yerləri də ziyarət ediblər. Zəvvarlar şəhəri gəzir, yaxınları üçün hədiyyələr alırlar".

O bildirib ki, sentyabrın 20-də uçuş olmayacaq: "Zəvvarların digər qrupları sentyabrın 21-də və 22-də Vətənə qayıdacaqlar".

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 1050 zəvvar qatılıb. 

Son xəbərlər

Orphus sistemi