​Azərbaycanla İran arasında din sahəsində əlaqələrin perspektivləri müzakirə olunacaq

​Azərbaycanla İran arasında din sahəsində əlaqələrin perspektivləri müzakirə olunacaq Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranda rəsmi səfərdədir
Din
2 May , 2015 14:16
​Azərbaycanla İran arasında din sahəsində əlaqələrin perspektivləri müzakirə olunacaq

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan və İranın müvafiq dövlət qurumları iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. "Report" xəbər verir ki, müzakirələr İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanın dəvəti ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə rəsmi səfəri çərçivəsində baş tutacaq.

Səfər çərçivəsində Komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İran İslam Respublikasının vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşəcək və İran Parlamentində bir sıra müzakirələr aparacaq.

Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi