Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq Qurban bayramı namazı sentyabrın 24-ü saat 09:00-da qılınacaq
Din
23 Sentyabr , 2015 14:15
Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda qurban bayramı namazının qılınma vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, İslam aləminin müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanda bayram namazı sentyabrın 24-ü saat 09:00-da qılınacaq. 

QMİ-də bildirilib ki, Qurban bayramı münasibətilə Təzə Pir məscidində mərasim olacaq, bayram namazı qılınacaq: "Azərbaycanın bütün məscidlərində Qurban bayramı münasibətilə namaz qılınacaq".

Qeyd edək ki, Qurban bayramı Azərbaycanda iki gün - sentyabrın 24-ü və 25-də qeyd olunacaq. 

Son xəbərlər

Orphus sistemi