Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı 707-yə çatıb

Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı 707-yə çatıb Bu ilin 6 ayında 26 dini qurum qeydiyyata alınıb
Din
25 İyul , 2016 17:51
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı 707-yə çatıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında0 DQİDK sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu ilin 6 ay müddətində 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-yə çatıb.

Qeyd edək ki, iclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi