Azərbaycanda bir sıra məscidlərin tikintisi ilə bağlı layihələr hazırlanıb

Azərbaycanda bir sıra məscidlərin tikintisi ilə bağlı layihələr hazırlanıb "300-350 min insan dini ayinin icrasını rahat şəkildə həyata keçirə bilər"
Din
6 Fevral , 2015 14:36
Azərbaycanda bir sıra məscidlərin tikintisi ilə bağlı layihələr hazırlanıb

Bakı. 6 fevral. REPORT.AZ/"Hazırda bir sıra məscidlərin tikintisi ilə bağlı layihələr təqdim olunub və onlara baxılır. Komissiyanın rəyindən sonra onların tikintisi barədə qərar veriləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün məscid tikintisi ilə bağlı heç bir problem yoxdur: "Məscidlərin tikintisi üçün bir neçə istiqamətdə iş gedə bilər. Bu ya dövlətin, ya da ayrı-ayrı özəl şəxslərin eləcə də xeyirxah insanlar təşəbbüsü ilə ola bilər. Dini icmalar da bu işə qoşula bilər. Onlar bu məqsədlə yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. İcra hakimiyyətləri layihələri təsdiq etdikdən sonra bizə müraciət edə bilərlər. Yalnız bundan sonra məscidlərin inşasına icazə verilə bilər. Hazırda ölkədə 2050 məscid var. Onlardan 1700-ü isə tam fəaliyyət göstərir".

M. Qurbanlı əlavə edib ki, bu gün ölkədə birbaşa məscidlərdə dini ayinləri icra edən insanların sayı cümə və bayram namazlarında təqribən 160 170 min civarındadır: "Lakin məscidlərdəki ümumi tutum bundan iki dəfə çoxdur. Yəni 300-350 min insan dini ayinin icrasını rahat şəkildə həyata keçirə bilər. Azərbaycan əhalisinin cəmi 5 faizi dini ayinlərin icrasını məhz məscidlərdə edir. Digərləri isə bunu ev şəraitində edir. Yəni, bu məsələ heç bir çatışmazlıqla əlaqəli deyil".

Son xəbərlər

Orphus sistemi