Azərbaycan vətəndaşları İraq DİN-in razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər

Azərbaycan vətəndaşları İraq DİN-in razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər Bu barədə qərarı ölkənin baş naziri qəbul edib
Din
18 Avqust , 2015 16:26
Azərbaycan vətəndaşları İraq DİN-in razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşları İraq Respublikası Daxili İşlər Nazirliyinin (DİN) razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər.

"Report"un xəbərinə görə, bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Şiə Qubeyşi əl-Barrak məlumat verib.

Belə ki, müvafiq qərarı İraq Respublikasının baş naziri Heydər əl-İbadi imzalayıb.

Müvafiq qərardan sonra İraqın Azərbaycandakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir.

Son xəbərlər

Orphus sistemi