Azərbaycan Texniki Universitetində ​“Fitnə” filminin müzakirəsi aparılıb

Azərbaycan Texniki Universitetində ​“Fitnə” filminin müzakirəsi aparılıb Filmin nümayişində universitetin müəllim və tələbələri iştirak ediblər
Din
14 İyun , 2016 20:33
Azərbaycan Texniki Universitetində ​“Fitnə” filminin müzakirəsi aparılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Texniki Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş olunub.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, universitetin müəllim və tələbələri, eləcə də filmin ssenari müəllifi Nadir Bədəlov iştirak ediblər.

H.Məmmədov bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Rektor gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dini radikalizmlə mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Lakin aparılan təhlillərin nəticəsi təsdiqləyib ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb.

Filmin nümayişindən sonra film ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi