Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında qan verənlərin sayı açıqlanıb

Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında qan verənlərin sayı açıqlanıb Ən çox qan Təzəpir məscidində verilib
Din
24 Oktyabr , 2015 13:05
Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında qan verənlərin sayı açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında qan verənlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report"a bildirib ki, bu gün saat 12.00-a olan statistikaya əsasən, 2 358 nəfər (1061,1 litr) qan verib. 

Ən çox qan Təzəpir məscidində verilib. Belə ki, orada 250 nəfər qan verib. Mir Mövsüm ağa məscidində isə bu göstərici 240 nəfər olub.

Mərkəzi Qan Bankında isə 175 nəfər qan verib.

Xatırladaq ki, keçən il donorların sayı 4 676 nəfər olub.

Son xəbərlər

Orphus sistemi