​Yehovanın Xristian Şahidləri Ombudsman Aparatında olublar

​Yehovanın Xristian Şahidləri Ombudsman Aparatında olublar Görüşdə Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib
Din
23 Yanvar , 2015 17:59
​Yehovanın Xristian Şahidləri Ombudsman Aparatında olublar

Bakı. 23 yanvar. REPORT.AZ/ Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının Azırbaycanda səfərdə olan nümayəndələri, din azadlığı üzrə müşavir Mark Hansen, həmin Assosiasiyanın rəhbər Komitəsinin sədri Vasiliy Kalin və bu dini təriqətin yerli icmasının təmsilçiləri Ombudsman Aparatında olublar.

Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu diqqətə çatdırıb. Azərbaycanda vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə cəmiyyət və dini birliklər, konfessiyalar, təriqətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi bildirilib, bu sahədə milli qanunvericiliyin Avropa standartlarına tam cavab verdiyi vurğulanıb.

Aparatın şöbə müdiri Zaur Əliyev müvəkkil Elmira Süleymanovanın müxtəlif dinlərin nümayəndələri ilə sıx əlaqələr saxladığını, dini icmalar daxil olmaqla “Din vasitəsilə sülh mədəniyyəti” dinlərarası şuranın yaradılmasını təklif etdiyini qonaqların diqqətinə çatdırıb. Müvəkkilin təşəbbüsü üzrə müxtəlif dini konsessiyaların nümayəndələrinin iştirakı ilə dini etiqad azadlığının təmini istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi