​Allahşükür Paşazadə: "Qərara alınmışdı ki, "İmamzadə" ziyarətgahı gizli surətdə məhv edilsin"

​Allahşükür Paşazadə: "Qərara alınmışdı ki, "İmamzadə" ziyarətgahı gizli surətdə məhv edilsin" "Mənim üçün çox təhlükəli olsa da, bu addımı atdım"
Din
18 Fevral , 2016 03:25
​Allahşükür Paşazadə: Qərara alınmışdı ki, İmamzadə ziyarətgahı gizli surətdə məhv edilsin

Bakı. 18 fevral. REPORT.AZ/ "Gəncədə kommunist təbliğatını apara bilmədiklərindən şikayətlənənlər şəhəri hədsiz mövhumat məkanı kimi təqdim edərək, “İmamzadə” ziyarətgahını sıradan çıxarmağı təklif edirdilər. Qərara alınmışdı ki, ziyarətgah təmir adı altında hasara alınaraq gizli surətdə məhv edilsin".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışı zamanı bildirib.

QMİ sədri hadisənin 1976-77-ci illərə təsadüf etdiyini xatırladıb:

"1976-77-ci illərdə - ateist təbliğatının tüğyan etdiyi zamanlarda dəvət olunduğum Dini işlər üzrə müvəkkillikdə Gəncə, o zamankı Kirovabad kommunistlərinin Moskvadan, Siyasi Bürodan Suslovun dərkənarı ilə daxil olmuş şikayət ərizəsi müzakirə olunurdu. Gəncədə kommunist təbliğatını apara bilmədiklərindən şikayətlənənlər şəhəri hədsiz mövhumat məkanı kimi təqdim edərək, “İmamzadə” ziyarətgahını sıradan çıxarmağı təklif edirdilər. Qərara alınmışdı ki, ziyarətgah təmir adı altında hasara alınaraq gizli surətdə məhv edilsin. Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi, lakin bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım. Mənim üçün çox təhlükəli olsa da, bu addımı atdım. Şükürlər olsun ki, Zərifə xanım bu xəbərə yüksək diqqət göstərərək, Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi. Heydər Əliyevin məsələyə müdaxiləsi tezliklə öz müsbət nəticəsini verdi. Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan oldu. Bu, nəinki Azərbaycan, bütün bölgə müsəlmanlarına Heydər Əliyevin böyük töhfəsi idi".

Son xəbərlər

Orphus sistemi