Allahşükür Paşazadə: “Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”

Allahşükür Paşazadə: “Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır” “Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm”
Din
30 Mart , 2016 10:51
Allahşükür Paşazadə: “Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”

“Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm”

Bakı. 30 mart. REPORT.AZ/ “Məlumat verildiyi kimi, məscidlərdə təhlükəsizlik kameraları quraşdırılacaq. Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm. Bilirəm ki, buna da bəzi qüvvələr siyasi don geyindirəcəklər. Amma kim nə deyir-desin, bir dini rəhbər kimi mənim buna hüququm var. Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır. Mən bilməyəm ki, məscidlərdə hansı moizələr oxunur”.

Son xəbərlər

Orphus sistemi