Allahşükür Paşazadə İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının 50 üzvündən biri seçilib

Allahşükür Paşazadə İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının 50 üzvündən biri seçilib QMİ sədri təşkilatın Ali Şurasının iclasında iştirak edib
Din
6 Noyabr , 2015 15:06
Allahşükür Paşazadə İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının 50 üzvündən biri seçilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Livanın paytaxtı Beyrutda İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak edib.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının 50 üzvündən biri seçilib.

İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərin iştirak etdiyi iclasda şeyxülislam A.Paşazadə İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, islami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə ölkəsinin ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyon həmvətənlərinin qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə islami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib və yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb.

İclas əsnasında A.Paşazadənin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.

Livana səfəri çərçivəsində şeyxülislamı ölkə parlamentinin sədri Nəbih Birri qəbul edib.

Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğu, bu sahədə dini liderlərin də rolu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi