Şeyxülislam Hacı Allahşükür Paşazadə: "İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir"

Şeyxülislam Hacı Allahşükür Paşazadə: "İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir" İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edib
Din
24 Fevral , 2015 14:27
Şeyxülislam Hacı Allahşükür Paşazadə: İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir

Bakı. 24 fevral. REPORT.AZ/ "Eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir". "Report" xəbər verir ki, bu barədə Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" adı altında təşkil edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Paşazadə bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edib.

Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən Şeyxülislam Hacı Allahşükür Paşazadə 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İslam Aləmi Liqasının baş katibi Abdullah bin Əbdülmühsin ət-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı bütün dinlərin əl-ələ verməli olduğunu xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi