Bakı. 21 may. REPORT.AZ/ Ağcabədi Pedaqoji Kollecində Ağcabədi rayon “Seyid Mürsəl Ağa məscidi” dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Tədbirdə dini icmanın sədri Zeynəb Quliyeva, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri Mərdan Rzayev, Ağcabədi Pedoqoji Kollecinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Z.Quliyeva İslamda ailə dəyərləri, nümunəvi ailələr mövzusunda danışıb. İcma sədri çıxışında İslamda ailə, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında məlumat verərək, onlardan nümunələr gətirib.
Daha sonra çıxış edən Təyyar Hacıyev ailədə milli-mənəvi dəyərlərin təbliğindən bəhs edərək belə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.