Əfqanıstanın yeni seçilən prezidentinin andiçmə mərasimi keçirilib

Əfqanıstanın yeni seçilən prezidentinin andiçmə mərasimi keçirilib Prezident ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılaşma imzalamağı vəd edib
Digər ölkələr
29 Sentyabr , 2014 17:57
Əfqanıstanın yeni seçilən prezidentinin andiçmə mərasimi keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Kabildə Əfqanıstanın yeni seçilən prezidenti  Əşrəf Qəninin andiçmə mərasimi baş tutub. 

"Report" beynəlxalq KİV-ə istinadən xəbər verir ki, bu gün həmçinin prezidentliyə keçmiş namizəd Abdulla Abdulla da  ölkənin baş naziri qismində and içib. 

Əfqanıstanın prezidenti çıxışında ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılaşma imzalamağı vəd edib. Həmin sənəd ABŞ qüvvələrinin əsas kontingentinin çıxarılmasından sonra Əfqanıstanda məhdud sayda amerikalı hərbçilərinin qalmasını nəzərdə tutur. 

Andiçmə mərasimi güclü təhlükəsizlik şəraitində keçirilib. 

Xatırladaq ki, Ə.Qəni seçicilərin 56%-ni, A.Abdulla isə - 44%-ni toplayıb. Seçkilərdən dərhal sonra hər iki namizəd öz qələbəsini elan edib, bu da ölkədə siyasi böhrana səbəb olub. Həmin böhran namizədlər arasında bu yaxınlarda həll edilib. 

Son xəbərlər

Orphus sistemi