Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun ilkin nəticələri bəlli olub

Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun ilkin nəticələri bəlli olub İlkin nəticələrə görə, vahidlik tərəfdarları qələbə qazanıb
Digər ölkələr
19 Sentyabr , 2014 10:07
Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun ilkin nəticələri bəlli olub
Bakı. 19 sentyabr. REPORT.AZ/ Şotlandiyanın müstəqilliyi haqqında referendumda səsvermənin ilkin nəticələri açıqlanıb. Həmin nəticələrə əsasən, Böyük Britaniyanın vahid olmasının tərəfdarları qələbə qazanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Klakmannaşir vilayətində müstəqilliyin lehinə 46%, əleyhinə - 54% seçicilər səs verib. Orkney adalarında müstəqil Şotlandiya tərəfdarları cəmi 33% səs toplaya biliblər. 

Şotlandiyada ümumilikdə 32 dairə var. 

Referendumda seçicilərin təxminən 80%-i iştirak edib. Bunu Britaniya regionunun müxtəlif hissələrindəki məntəqələrdən alınan məlumatlar göstərir. Belə ki, Qərbi Lotiandakı referendumda 86,2% seçicilər iştirak edib. Renfruşir qraflığında iştirak fəallığı 87,3%, İnverklaydda 87,4%, Qərbi Darbantoşirdə 87,9%, Orkney adalarında 84%, Kalkmannaşirdə 89%, Dandi şəhərində 78,8% təşkil edib. 

Səsvermə hüququna Şotlandiya sakinləri olan Britaniya vətəndaşları, Britaniya Birliyinə daxil olan 52 ölkə vətəndaşı, Avropa İttifaqının 27 ölkəsinin vətəndaşları və lordlar palatasının üzvləri, həmçinin Şotlandiya seçki məntəqələrində qeydiyyatdan keçən hərbi qulluqçular sahibdirlər. Seçicilərin yaş məhdudiyyəti isə 18-dən 16 yaşa endirilib. 

Son xəbərlər

Orphus sistemi