ÜST: Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4,4 min nəfəri ötüb

ÜST: Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4,4 min nəfəri ötüb Təxminən 8,9 min insan virusa yoluxub
Digər ölkələr
15 Oktyabr , 2014 09:15
ÜST: Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4,4 min nəfəri ötüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4447 nəfərə çatıb,  "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. 

Məlumata görə, təxminən 8,9 min insan virusa yoluxub.

ÜST proqnozlarına əsasən, həftənin sonuna kimi yoluxan insanların sayı 9 min nəfəri keçə bilər. 

Ölüm və yoluxma hallarının əksəriyyəti üç ölkədə  - Qvineya, Syerra-Leone və Liberiyada müşahidə olunur.  

Son xəbərlər

Orphus sistemi