​Zəvvarların ölümünə görə Səudiyyə Ərəbistanında 28 nəfər edam ediləcək

​Zəvvarların ölümünə görə Səudiyyə Ərəbistanında 28 nəfər edam ediləcək Cəzaya layiq görülən şəxslərin adları açıqlanmayıb
Digər ölkələr
9 Oktyabr , 2015 16:30
​Zəvvarların ölümünə görə Səudiyyə Ərəbistanında 28 nəfər edam ediləcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud bu il Həcc ziyarəti zamanı baş verən faciə ilə bağlı 28 nəfər barədə edam hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu haqda Livanda çıxan "əl-Diyar" qəzeti məlumat yayıb.

Məlumata əsasən, onlar faciənin baş verməsinə görə məsuliyyət daşıyırlar

Xəbərdə bildirilib ki, həmin 28 nəfərin başı kəsiləcək. Ancaq cəzaya layiq görülən şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, həmin faciə nəticəsində həyatını itirənlərin sayı haqda müxtəlif məlumatlar yayılıb. Rəsmi açıqlamada 769 zəvvarın hadisə qurbanı olduğu bildirilib. Səudiyyə Ərəbistanından olan jurnalist 2 400, İran isə 4 700 nəfərin öldüyü haqda məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi