​Zəlzələ nəticəsində Pakistan və Əfqanıstanda ölənlərin sayı açıqlanıb

​Zəlzələ nəticəsində Pakistan və Əfqanıstanda ölənlərin sayı açıqlanıb Bu gün Əfqanıstanın Pakistan və Hindistanla sərhədində 7,7 bal gücündə zəlzələ baş verib
Digər ölkələr
26 Oktyabr , 2015 17:20
​Zəlzələ nəticəsində Pakistan və Əfqanıstanda ölənlərin sayı açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda yüzdən çox insan həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda hər iki ölkənin rəsmiləri bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində Əfqanıstanda azı 24, Pakistanda isə azı 76 nəfər ölüb.

Qeyd edək ki, bu gün Əfqanıstanın Pakistan və Hindistanla sərhədində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Hindistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda da hiss edilib.

Son xəbərlər

Orphus sistemi