​Zambiyanın müdafiə naziri prezident seçkilərində qalib gəlib

​Zambiyanın müdafiə naziri prezident seçkilərində qalib gəlib Seçki komissiyası onun səslərin 48,3%-ni topladığını açıqlayıb
Digər ölkələr
25 Yanvar , 2015 05:41
​Zambiyanın müdafiə naziri prezident seçkilərində qalib gəlib

Bakı. 25 yanvar. REPORT.AZ/ Zambiyanın müdafiə naziri, ölkənin hakim "Vətənpərvər cəbhə" partiyası tərəfindən irəli sürülmüş namizədi Edqar Lunqu prezident seçkilərində qalib gəlib.

"Report" xəbər verir ki, Seçki komissiyası onun səslərin 48,3%-ni topladığını açıqlayıb.

Onun müxalifyönlü "Milli inkişaf naminə birləşmiş partiya"dan olan rəqbi Hakainde Hiçilema səslərin 46,7%-ni toplayıb.

O, artıq seçkilərin saxtalaşdırıldığını bəyan edib.

Seçkilər ölkə prezidenti Maykl Satının ötən ilin oktyabrında vəfatından sonra təyin edilib.

Son xəbərlər

Orphus sistemi