Zambiya prezidenti Londonda vəfat edib

Zambiya prezidenti Londonda vəfat edib 77 yaşlı prezidentin hansı hansı xətəlikdən öldüyü açıqlanmır
Digər ölkələr
29 Oktyabr , 2014 10:43
Zambiya prezidenti Londonda vəfat edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Zambiyanın prezidenti Maykl Çilufya Sata Londonda vəfat edib. 

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, Zambiya hökuməti hələlik bu informasiyanı şərh etməyib.

77 yaşlı prezidentin hansı hansı xətəlikdən öldüyü açıqlanmır. 

Dövlət başçısı səlahiyyətlərini ölkənin vitse-prezidenti Qay Skott icra edəcək. 

Maykl Çilufya Sata 2011-ci ilin sentyabr ayından ölkəyə rəhbərlik edir. Zambiyada növbəti seçkilər 2016-cı ildə keçirilməli idi, lakin prezidentin vəfat etməsi ilə əlaqədar prezident seçkiləri 90 gün ərzində keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi