​Yunanıstanın baş naziri tutduğu vəzifəsindən istefa verib

​Yunanıstanın baş naziri tutduğu vəzifəsindən istefa verib Sipras prezidentdən yeni seçkilərin vaxtını tez müəyyən etməyi xahiş edib
Digər ölkələr
21 Avqust , 2015 00:02
​Yunanıstanın baş naziri tutduğu vəzifəsindən istefa verib

Bakı. 21 Avqust. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Sipras televiziya vasitəsilə xalqa müraciətində tutduğu vəzifəsindən istefa verdiyi bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Sipras beynəlxalq kreditorlarla danışıqlarda Yunanıstanın maraqlarını müdafiə etdiyi yeddi aylıq baş nazir vəzifəsindən sonra növbədənkənar seçkilərdə hakimiyyəti möhkəmləndirmək ümidi ilə istefa verib.

Sipras istefa barədə ərizəsini prezident Prokopis Pavlopolosa təqdim edib və dövlət başçısından seçkilərin vaxtını mümkün qədər tez müəyyən etməyi xahiş edib.

"Siyasi mandat öz limitini bitirib və hazırda yunan xalqı öz sözünü deməlidir", - deyə Sipras televiziya müraciətində bildirib.

Son xəbərlər

Orphus sistemi