Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərilib

Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərilib Türkiyənin Dikili limanına istiqamət alan iki qayıqda 131 nəfər var
Digər ölkələr
4 Aprel , 2016 08:36
Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərilib

Bakı. 4 aprel. REPORT.AZ/ Yunanıstan hökuməti Avropa İttifaqı ilə rəsmi Ankara arasında imzalanmış sazişə əsasən, miqrantların Türkiyəyə göndərilməsinə başlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, artıq Lesbos adasından ilk miqrant partiyası yola salınıb. Türkiyənin Dikili limanına istiqamət alan iki qayıqda 131 nəfər var.

Qeyd edək ki, bu gündən Türkiyə ərazisindən qanunsuz yolla Avropaya keçmiş miqrantların suriyalı qaçqınların əvəzinə qardaş ölkəyə qaytarılması barədə Türkiyə-Aİ sazişi qüvvəyə minib. Qeyri-leqal miqrantların suriyalı qaçqınlarla mübadiləsi "birin-birə" prinsipi əsasında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi