Yunanıstanda xarici borclara dair referendum keçiriləcək

Yunanıstanda xarici borclara dair referendum keçiriləcək Səsvermə iyulun 5-ə nəzərə tutulub
Digər ölkələr
27 İyun , 2015 06:04
Yunanıstanda xarici borclara dair referendum keçiriləcək

Bakı. 27 İyun. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Sipras bəyan edib ki, ölkəsində iyulun 5-də xarici borcların ödənişi ilə əlaqədar referendum keçiriləcək. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yunanıstan əhalisinə müraciət edən Sipras bəyan edib ki, bir sıra əcnəbi tərəfdaş Afinaya qarşı tətbiqi mümkün olmayan tələblər irəli sürüb. 

Hökümət başçısının sözlərinə görə, Yunanıstan sözü gedən təklifləri qəbul etsə ölkə iqdisadiyyatında vəziyyət daha da pisləşəcək.

Qeyd edək ki, Sipras son günlərdə apardığı danışıqlar nəticəsində kreditorlarla sazişin yekun mətnini razılaşdıra bilməyib. Tərəflər arasında ciddi fikir ayrılığı qalmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi