Yunanıstanda ümummilli tətil keçiriləcək

Yunanıstanda ümummilli tətil keçiriləcək Tətil 24 saat davam edəcək
Digər ölkələr
12 Noyabr , 2015 06:16
Yunanıstanda ümummilli tətil keçiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri 30 ölkədaxili reysi ləğv ediblər.

Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.

Son xəbərlər

Orphus sistemi