Bakı. 28 avqust. REPORT.AZ/ Yunanıstanda növbədənkənar parlament seçkiləri bu il sentyabrın 20-də keçiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yunanıstan Prezidenti Administrasiyasından bildirilib.
Məlumata görə, avqustun 28-də ölkədə yeni Nazirlər Kabineti formalaşdırılacağı və andiçmə mərasiminin keçiriləcəyi, növbədənkənar seçkinin tarixinin rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, baş nazir vəzifəsini Vasiliki Tanu-Xrestofilu icra edəcək. O, ölkə tarixində ilk dəfə qadın baş nazirdir. Vasiliki Tanu-Xrestofilu Yunanıstan
Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras avqustun 20-də özünün və başçılıq etdiyi hökumətin istefa verdiyini elan edib.