​Yunanıstanda nazirin evinin yaxınlığına partlayıcı atılıb

​Yunanıstanda nazirin evinin yaxınlığına partlayıcı atılıb Hücum nəticəsində dövlət mühafizə xidmətinə məxsus bir avtomobil yanıb, birinə isə ziyan dəyib
Digər ölkələr
30 Yanvar , 2016 14:30
​Yunanıstanda nazirin evinin yaxınlığına partlayıcı atılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Naməlum şəxslər Yunanıstanın paytaxtı Afinada dövlət naziri Alekos Flaburarisin yaşadığı evin yaxınlığına molotov kokteyli atıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində dövlət mühafizə xidmətinə məxsus bir avtomobil yanıb, birinə isə ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi