Yunanıstan yaxınlığında yanan bərədəki 411 sərnişindən 150-si artıq xilas edilib

Yunanıstan yaxınlığında yanan bərədəki 411 sərnişindən 150-si artıq xilas edilib Xilasetmə əməliyyatı güclü külək səbəbi ilə istənilən surətlə davam etmir
Digər ölkələr
28 Dekabr , 2014 13:34
Yunanıstan yaxınlığında yanan bərədəki 411 sərnişindən 150-si artıq xilas edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Yunanıstan Otoni adası yaxınlığında yanan İtaliya bayraqlı "The Norman Atlantic" adlı bərədəki 411 sərnişindən 150-si artıq xilas edilib. Bu barədə "Report" CNN-nə istinadən xəbər verir.

Yunanıstanın dəniz ticarəti nazirliyinin məlumatına əsasən, yunan ve italyan xilasedicilərin birgə səyləri nəticəsində sərnişlərin bir qismi digər gəmilərə köçürülüb. Ancaq xilasetmə əməliyyatı güclü külək səbəbi ilə istənilən surətlə davam etmir.

Qeyd edək ki güclü yanğının baş verdiyi bərədə 222 avtomobil daşınırdı. 55 ekipaj üzvü də elə İtaliya vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi