​Yunanıstan sahillərində gəmi batıb, 24 nəfər boğulub

​Yunanıstan sahillərində gəmi batıb, 24 nəfər boğulub Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib
Digər ölkələr
28 Yanvar , 2016 16:36
​Yunanıstan sahillərində gəmi batıb, 24 nəfər boğulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Yunanıstanın Samos adası sahilində göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 10-u uşaq olmaqla, 24 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, Yunanıstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları 24 nəfərin meyitini sudan çıxarıb. 10 nəfər isə xilas edilib.

Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib. 

Son xəbərlər

Orphus sistemi