​Yunanıstan bankları daha bir neçə gün bağlı qalacaq

​Yunanıstan bankları daha bir neçə gün bağlı qalacaq Bank "tətilləri" uzadılacaq
Digər ölkələr
8 İyul , 2015 20:48
​Yunanıstan bankları daha bir neçə gün bağlı qalacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Yunanıstan hakimiyyəti bu gün bitməsi gözlənilən bank "tətillərini" uzatmaq qərarına gəlib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bank "tətillərinin" hansı müddətə uzadılması haqda heç bir məlumat verilmir.

Qeyd edək ki, iyunun 29-dan beynəlxalq kreditorlarla razılıq haqda referendumun elan edilməsindən sonra əhali tərəfindən banklardan külli miqdarda vəsaitin çıxarılmasının qarşısını almaq və bankları müflisləşməkdən qurtarmaq üçün onların 6 iş günü müddətinə bağlanması haqda qərar qəbul edilmişdi. Bazar ertəsi bankların "tətili" daha üç gün müddətinə uzadılıb. 

Son xəbərlər

Orphus sistemi