​Yunanıstan Avropa Birliyindən kredit müddətinin uzadılmasını istəyir

​Yunanıstan Avropa Birliyindən kredit müddətinin uzadılmasını istəyir Rəsmi Afina və avropalı kreditorlar yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər
Digər ölkələr
19 Fevral , 2015 16:12
​Yunanıstan Avropa Birliyindən kredit müddətinin uzadılmasını istəyir

Bakı.19 fevral. REPORT.AZ/ Yunanıstan hakimiyyəti Avropa Birliyindən 270 milyard dollarlıq kredit müqaviləsi müddətinin uzadılması üçün quruma müraciət edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hakimiyyətindən bildirilib.

Xəbərdə qeyd olunub ki, rəsmi Afina AB-li partyorlarından maliyyələşdirmənin altı ay uzadılmasını xahiş edib. Anlaşmanın detalları açıqlanmayıb.

Bir müddət öncə Avropanın Mərkəzi Bankı Yunanıstan banklarına təcili əlavə yardım edilməsinə razılıq vermişdi. Rəsmi Afina və avropalı kreditorlar Yunanıstana ağır maliyyə-iqtisadi böhranından sonra bu sahələri bərpa etmək üçün borc verilməsi şərtlərinin yüngülləşdirilməsi ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər. 

Son xəbərlər

Orphus sistemi