Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb

Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb Polis məntəqələrinə aparılan vətəndaşların dəqiq sayı barədə məlumat verilmir
Digər ölkələr
12 Sentyabr , 2015 06:59
Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər nümayişin davam etdiyi əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

Erməni polisi Baqramyan prospektindəki etirazçılara güc tətbiq edərək ərazini "təmizləyib". Aksiyanı dağıdmaq üçün bu dəfə su şırnağından istifadə edilməyib.

Polis məntəqələrinə aparılan vətəndaşların sayının 48 olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi