Yeni zelandiyalılar dövlət bayrağını dəyişməkdən imtina ediblər

Yeni zelandiyalılar dövlət bayrağını dəyişməkdən imtina ediblər Ölkədə keçirilən referendumun yekun nəticələri açıqlanıb
Digər ölkələr
30 Mart , 2016 11:06
Yeni zelandiyalılar dövlət bayrağını dəyişməkdən imtina ediblər

Bakı. 30 mart. REPORT.AZ/ Yeni Zelandiya vətəndaşları dövlət bayrağını dəyişməməyə və mövcud formanı saxlamağa qərar veriblər. "Report" Yeni Zelandiya KİV-inə istinadən xəbər verir ki, bu, adıçəkilən ölkədə keçirilən referendumun yekun nəticələrinin açıqlanmasından sonra məlum olub.

Ölkənin Seçki Komissiyasının məlumatına görə, seçicilərin 56,6%-i (1 208 702 nəfər) mövcud bayrağın saxlanılmasının lehinə səs verib. Seçicilərin 43,2%-i (921 876 nəfər) isə alternativ variantı - gümüşü ayıdöşəyi (qıjı) yarpağının iki hissəyə böldüyü, dörd qırmızı ulduzlu qara-göy bayrağı dəstəkləyib.

Referendumun açıqlanan yekun nəticələri praktiki olaraq, martın 24-də açıqlanmış ilkin nəticələrlə üst-üstə düşüb.

Referendum martın 3-dən 24-dək elektron poçt vasitəsilə keçirilib.

Son xəbərlər

Orphus sistemi