​Yeni Zelandiyada göyərtəsində 7 sərnişinin olduğu vertolyot qəzaya uğrayıb

​Yeni Zelandiyada göyərtəsində 7 sərnişinin olduğu vertolyot qəzaya uğrayıb Sərnişinlərin vəziyyəti barədə məlumat yoxdur
Digər ölkələr
21 Noyabr , 2015 06:16
​Yeni Zelandiyada göyərtəsində 7 sərnişinin olduğu vertolyot qəzaya uğrayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Zelandiyada turistlər arasında məşhur olan Foks buzlaqı yaxınlığında vertolyot qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin axtarış və xilasetmə xidmətinə istinadən "Reuters" məlumat yayıb.

"Vertolyot Foks buzlaqı yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsində yeddi nəfərin olduğu məlumdur. Hadisə yerinə dörd vertolyot göndərilib", — deyə Yeni Zelandiyanın xilasetmə əlaqələndirmə mərkəzinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda vertolyot sərnişinlərinin aqibəti naməlumdur, onların hansı ölkə və ya ölkələrdən gəldiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi